Toyuqdu Bu
RX
?
?Güllə atsan oyanmaz,
?Nə yaman sayıqdı bu.
?Səhərlər gözü görmür,
?Hər gecə ayıqdı bu.
?
?Küsdürərsən barışmaz,
?Bir işinə qarışmaz,
?Söy üzünə danışmaz,
?Sanki bir oyuqdu bu.
?
?Rüşvət tutubdur gözün,
?Eşidən yoxdur sözün,
?Gördü güzgüdə özün,
?Qorxudan bayıqdı bu.
?
?Bir kəsə etməz xətər,
?Xox etsən o da yetər,
?Arxanca dil-dil ötər,
?Qarşında toyuqdu bu.
?
?Görən yox istedadın,
?Hər gün dəyişir adın,
?Gah kişidir, gah qadın,
?Yelkənsiz qayıqdı bu.
?
?Bu ki ölübdür Allah,
?Danladım etdim günah,
?Gedib rəhmətə vallah,
?Buz kimi soyuqdu bu.
RX
Profil ansehenRoma Xosrov@romaxosrov