Ben Türküm Adım Tarık
Mən Türkəm / Adım Tarix
Yer üzündə hər budun öz haqqını axtarar,
Milli varlığın öyər, həm qoruyar, həm anar.
Dünyanın hər yerində bu ən təbii haqkən,
Kimsə buna səs etməz uzaqdan durub baxarkən...
Nədən mən öz yurdumda, öz elimdə qəribəm?
Öz doğma torpağımda xor görülən, bəlli, mənəm!
Məzlum haqqın gəzəndə adı olur "qəhrəman",
Mən "Türkəm" söyləyəndə üstümə gəlir cahan.
Milli bənliyim üçün səsimi qaldırarkən,
Türklüyümü hayqırıb, öz kökümü anarkən,
Mənə "irqçi" deyirlər, "faşist" deyə yozurlar,
Türkün haqlı səsini boğmaq üçün pusurlar.
Mənim ulu keçmişim, şanlı, qədim tarixim,
Sanma ki, yalnız Hunla, İskitlərlə ölçülür.
Zamanın daş yaddaşı mənim izimlə hörülür,
Tarixin səhifəsi mənim qanımla yazılır.
Beş min ildir sönməyən uca ocağım yanır,
Məni hər qitə, hər yer, hər torpaq yaxşı tanır.
Biz qədim Turukkilər, polad biləkli ərənlər,
Tarkaylar, Tarqataylar – dünyaya nizam verənlər!
Sanma ki, bu qitəyə mən sonradan gəlmişəm,
Mən elə bu torpağın düz özündən bitmişəm.
Dünənəcən yox olan, dünü bəlli olmayan,
Tarixin vərəqində bircə izi qalmayan,
Son yüz ildə ad alıb, guya millət olanlar,
Böyük Türkün adını kitablardan yolanlar,
İstəyir yaddaşımdan ulu soyum silinsin,
Ata köküm unudulub, yalan gerçək bilinsin.
Milli mənliyimizi sildirib uyudurlar,
Gerçəyi ört-basdır edib dərində soyudurlar.
Bizi içdən vurdular o Sovetin əliylə,
Yıxdılar çinarımı uydurmalar seliylə.
Yüzlərcə "xalq" zırvası, qondarma ad verdilər,
Bir ulu ağacımı budaq-budaq dərdilər.
Qazax, Qırğız, ya Türkmən – parça-parça böldülər,
Qaraçay, həm Qırımçaq – deyib bizə güldülər.
Özbək, Tatar söyləyib araya sədd çəkdilər,
Doğma qardaş qəlbinə "yad" toxumu əkdilər.
Məqsəd o idi ki, Türk kəlməsi unudulsun,
Turan adlı uca dağ duman olsun, boğulsun!
Ancaq kimsə bilmədi: kök eynidir, qan eyni!
Ayrı düşsək də belə, coşan o ulu şan eyni!
Mən Türkəm! Tariximin dərinliklərindən bəri,
Haqqımı hayqırmaqdan heç vaxt dönmərəm geri!
----------------
Yeryüzünde her budun kendi hakkını arar,
Milli varlığını över, hem korur hem anar.
Dünyanın her yerinde bu en tabii hakken,
Kimse buna ses etmez uzaktan durup bakarken...
Neden ben öz yurdumda, öz ilimde garibim?
Öz doğma toprağımda hor görülen benim!
Mazlum hakkını ararken adı olur "kahraman",
Ben "Türk'üm" dediğimde üstüme gelir cihan.
Milli benliğim için sesimi kaldırırken,
Türklüğümü haykırıp, öz kökümü anarken,
Bana "ırkçı" diyorlar, "faşist" diye yaftalarlar,
Türk'ün haklı sesini boğmak için pusudalar.
Benim ulu geçmişim, şanlı, kadim tarihim,
Sanma ki yalnız Hun'la, İskit'le sınırlıdır.
Zamanın taş hafızası benim izimle örülür,
Tarihin sayfaları benim kanımla yazılır.
Beş bin yıldır sönmeyen yüce ocağım yanar,
Beni her kıta, her yer, her toprak iyi tanır.
Biz kadim Turukkiler, çelik bilekli erenler,
Tarkaylar, Targataylar – dünyaya nizam verenler!
Sanma ki bu kıtaya ben sonradan gelmişim,
Ben asıl bu toprağın tam özünden bitmişim.
Düne kadar yok olan, dünü belli olmayan,
Tarihin yaprağında tek bir izi kalmayan,
Son yüzyılda ad alıp, güya millet olanlar,
Büyük Türk'ün adını sayfalardan yolanlar,
İstiyor hafızamdan ulu soyum silinsin,
Ata köküm unutulup, yalan gerçek bilinsin.
Milli benliğimizi sildirip uyutuyorlar,
Gerçeği örtbas edip derinde soğutuyorlar.
Bizi içten vurdular o Sovyet'in eliyle,
Yıktılar çınarımı uydurmalar seliyle.
Yüzlerce "halk" zırvası, uydurma ad verdiler,
Bir ulu ağacımı dal dal kırıp derdiler.
Kazak, Kırgız, ya Türkmen – parça parça böldüler,
Karaçay, hem Kırımçak – deyip bize güldüler.
Özbek, Tatar söyleyip araya set çektiler,
Doğma kardeş kalbine "yad" tohumu ektiler.
Maksat o idi ki, Türk kelimesi unutulsun,
Turan adlı yüce dağ duman olsun, boğulsun!
Fakat kimse bilmedi: kök aynıdır, kan aynı!
Ayrı düşsek de bile, coşan o ulu şan aynı!
Ben Türk'üm! Tarihimin derinliklerinden beri,
Hakkımı haykırmaktan hiç dönmeyeceğim geri!
