Sene Qurban

?
?Öz millətindi kimə nə fırlat sənə qurban,
?Meymun kimi sal ortaya oynat sənə qurban.
?
?Bir zərrə də nahaq demədin, haqq səni yordu,
?Doğru sözə sillə yedin, qınaq səni yordu
?O qədər dara çəkildin, sınaq səni yordu,
?Girdi ortalığa zalım, ortaq səni yordu,
?Bir gün bazar aç, öz qəmini sat sənə qurban,
?Kəf gəl tərəzidə hamıya at sənə qurban.
?
?Göstərmə nə əğyara, nə də sirdaşa bir üz,
?Dünya da yalandı, yalan uydur ki demə düz,
?Əlinə badə alıb şərabı yüzcə qram süz,
?İştah ilə qarnını bəslə vur gecə, gündüz,
?Bu yolla kef edib başını qat sənə qurban.
? Mən-mən deyib sonra özünü dart sənə qurban.
?
?Gizlə cəmiyyətdən qocalıb, qarısın oğlun,
?Dinmə, qoy genəltsin qarnının borusun oğlun,
?Bir gün də şəkərə tutulub qurusun oğlun,
?Göndərmə bircə il vətəni qorusun oğlun,
?Sağlam uşağı həkimə yoxlat sənə qurban.
?Rüşvət ver yararsız kimi saxlat sənə qurban.
?
?Bilməm bu müsəlman nə edir övlad oxuda,
?Yaradıb oğlu çoban, qıza xalça toxuda,
?Bu səbəbdəndir söyləyir əğyarın çoxu da-
?Bil azad görəcəksən Qarabağı yuxuda,
?Sevinc göz yaşı səp bizi ağlat sənə qurban
?Neynirsən oyanma əbədi yat sənə qurban.
?

19 Mayıs 2010 37 şiiri var.
Beğenenler (1)
Yorumlar (1)
  • 14 yıl önce

    Helal olsun. Müthiş kalem gerçekten.